Hava yenə isinir

Günəş

«İyulun 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir».

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir.

O deyir ki, iyunun 24-dən əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq, ancaq iyulun 25-i gecə saatlarından bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə, G.Məmmədovanın sözlərinə görə, iyulun 24-25-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək: «İyulun 24-dən arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq».

G.Məmmədova bu günlərlə müqayisədə iyulun 25-də havanın temperaturunun tədricən yüksələcəyini söyləyir.