Narkotik satıcıları ən çox işsizlərdir

Narkotik

Son yarım ildə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1853 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun yaydığı məlumatda bildirilir.

Məlumatda cinayət məsuliyyətinə cəlb edilənlərin tərkibi haqda deyilir ki, bunlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işsiz, 3-ü qulluqçu, 1-i vəzifəli, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvəllər cinayət törətmiş, 10-u əvvəllər xüsusi qeydiyyatda olmuş şəxslərdir.

Cinayət məsuliyyətinə cəlb olunanlardan 35 nəfərinin xarici ölkə vətəndaşı olduğu qeyd edilir.

Eyni zamanda, son 6 ayda 78 ton 883 kq 897 qr narkotik tərkibli bitkinin yaşıl kütlə halında yığılaraq məhv edildiyi bildirilir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 1996-cı ildə yaradılıb. Baş nazirin müavini Əli Həsənov bu komissiyanın sədridir.