«Azərbaycan Dəmir Yolları» QSC iyulun 27-dən etibarən tarifləri artırır. Artımlar Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarını və daxili marşrutları əhatə edir.
Yeni tariflər ictimaiyyətə açıqlanmır, amma biletlər yeni qiymətlərlə satılır.
ADY-nin sərnişin daşınması departamentindən «Turan»a deyiblər ki, qiymətlər orta hesabla 10 faiz artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.
Qeyd edək ki, ADY əvvəllər də aşağı yerlərə tarifləri qaldırmışdı.
İki il əvvələ kimi dəmiryolda tarifləri Tarif Şurası müəyyən edirdi.
2017-ci ildən dəmiryolda tariflərə yenidən baxmaq səlahiyyəti Tarif Şurasından alınıb və ADY-nin rəhbərliyinə verilib.