Afina yaxınlığında davam edən meşə yanğınlarında azı 74 nəfər ölüb. Bu ölkənin tarixində son onillikldə baş vermis ən dəhşətli yanğın hesab olunur.
Xilasedicilər əsasən gənclər olan 26 nəfərin meyitlərini tapıblar. Onlar bir sahil kəndində iyulun 24-də həlak olublar.
Müsbət 40 dərəcə isti və güclü külək şəraitində alov dalğaları Yunanıstan paytaxtının qərb və şərq hissələrinə yayılıb.
Yanğınlarda 100-dən çox adamın xəsarət aldığı, çoxunun ağır durumda olduğu bildirilir.
Baş nazir Alexis Tsipras Bosniya-Herseqovinaya səfərini yarımçıq kəsərək Yunanıstana qayıdıb. O, Avropa İttifaqı və ordudan yardım istəyib.
Yanğının Mati kəndində və Rafina liman şəhərində dağıntılar törətdiyi, yüzlərlə adamın evini tərk etməyə məcbur qaldığı bildirilir.
***
Xilasedicilər sahildə yerləşən bir kənddə 26 nəfərin cəsədini aşkarlayıblar.
İlkin məlumatlara görə, yanğında mindən çox ev dağılıb.
Tsipras ölkədə üçgünlük matəm elan edib.