Pekindəki ABŞ səfirliyi yaxınlığında partlayış

Pekindəki ABŞ səfirliyi

Pekindəki ABŞ səfirliyi

Pekin polisi ABŞ səfirliyi yaxınlığında kiçik, əldəqayırma cihazın partladıldığını bildirir.

İyulun 26-da baş vermiş insidentə görə Jiang soyadlı 26 yaşlı bir kişi şübhəli bilinir. O, partlayışda xəsarət alan yeganə şəxsdir.

Səfirliyin sözçüsü hadisənin yerli vaxtla günorta 1-də baş verdiyini deyib.

Sözçü də partlayışı törədəndən başqa xəsarət alanın olmadığını, polisin insidentə reaksiya verdiyini söyləyib.

Sosial mediada yayılmış videoda diplomatik bina ətrafında polis kordonu və tüstü görünür.