Zakir Həsənov Moskvaya gedir

Z.Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər iyulun 27-də başlayacaq. Z.Həsənovu Moskvaya Rusiyanın müdafiə naziri Sergey Şoyqu dəvət edib.

Z.Həsənovun səfər çərçivəsində «Beynəlxalq ordu oyunları–2018» yarışlarının rəsmi açılış mərasiminə qatılacağı bildirilir. Açılış mərasimi iyulun 28-də Moskvada keçiriləcək.