Məhbuslara işgəncə verməkdə şübhəli bilinən 8-ci polis də saxlandı

Foto arxiv.Rusiya həbsxanasında işgəncə. Yaroslavl.

Rusiyanın Yaroslavl şəhərindəki yerli kolonda saxlananlara işgəncə verməkdə şübhəli bilinən 8-ci polis saxlanıb.

O, təhlükəsizlik şöbəsinin kiçik müfəttişi Ruslan Tsvetkov-dur.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti iyulun 28-də TASS agentliyinə istinadla məlumat veir.

Bundan əvvəl bu işlə bağlı 1-ci kolonon 6 əməkdaşı saxlanıb.

Kolonun rəis müavini İvan Klashnikov isə hazırda ev dustağıdır.

“Novoe qazeta”-nın həmin insidentin videosunu yayması ölkədə böyük rezonans doğurub.

Videoda Kolonun əməkdaşları müttəhimin paltarını çıxararaq onu dəyənəklərlə döyür, sonra isə üstünə su tökürlər.

Yaroslavldakı 1-ci kolon

Buna da bax:"İşgəncə videosundan sonra həbsxanalarla bağlı araşdırma başlanıb"

Bu insident 1 il əvvəl olub.

Amma həmin vaxt videonu araşdırmış müstəntiq cinayət işi qaldırmaqdan imtina edib.