Bakıda 35, bölgələrdə isə 40 dərəcəyədək isti olacaq

Foto arxiv. Bakıda isti

İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatıba göə, havanın temperaturu gecə 23-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 isti olacaq.

İyulun 29-da Azərbaycanın rayonlarında da hava şəraitinin yağmursuz keçəcəyi təxmin edilir.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.