Macarıstanın baş naziri Qərbi Avropa ölkələrini sərt tənqid elədi

Viktor Orban

Sağçı millətçiləri təmsil edən Macarıstanın baş naziri Viktor Urban Qərbi Avropa ölkələrini “qeyri-demokratik”də tənqid edib.

“Qərbdə liberallıq mövcuddur, orda demokratiya yoxdur”, Orban Rumınyaya səfəri zamanı etnik macarlarla görüşdə deyib.

Reutersin məlumatına görə, baş nazir bildirib ki, Qərbi Avropada senzura “adi təcrübəyə” çevirilib və bu ölkələr özlərində “söz azadlığına məhdudiyyət” qoyublar.

Baş Nazir Avropa Komisiyasını “uğursuzluğun rəmzi” adlandırıb.

Onun sözlərinə görə, gələn il Avropa Parlamentinə seçkilərdə immiqrasiya “ümumi ciddi mövzulardan biri” olacaq.

Orban həmin seçkilərdə miqrasiya problemini 1 nömrəli məsələyə çevirmək üçün sağçı partiyaları birləşməyə çağırıb.

Baş nazir hesab edir ki, Avropa Birliyinin elitası Avropanı müsəlman immiqrasiyasından qoruya bilmədi.

Orban: 'Bunlar qaçqın yox, müsəlman istilaçılardır'

Qeyd edək ki, Orbanın “Fides” partiyası bu ilin aprelində parlament sçkisində qalib gəldiyindən o baş nazir olub. O, Avropa Birliyində immiqrasiyaya qarşı çıxan əsas liderlərdən biridir.

Macarıstan qaçqın axınını qarşısını almaq üçün sərhədlərinə divar çəkib və bir sıra sərt qanunlar qəbul edib.