Müdafiə naziri cəbhə bölgəsində

Z.Həsənov cəbhə bölgəsində. Foto arxiv

Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti bu gün, iyulun 31-də cəbhə zonasına gedib.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi rəhbərlik cəbhə bölgəsində tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib.

Müdafiə nazirinin inşaat işlərinin gedişatını yoxladığı, müvafiq tapşırıqlar verdiyi bildirilir.

Məlumatda vurğulanır ki, Z.Həsənov habelə xidməti şəraitin daha da yaxşılaşdırılması, hərbi qulluqçulara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi və bir sıra digər məsələlər barədə də göstərişlər verib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə mövqe tutublar. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.