Əfqanıstanın şimalında azı 200 İŞİD-çi 'təslim olub'

Arxiv fotosu

Əfqanıstanın şimalında İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının onlarla üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Rəsmilərin bildirməsinə görə, bu, ekstremist qrup və Taliban arasında gərgin döyüşdən sonra baş verib.

Cövzcan vilayətinin polis rəisi Faqeer Mohammad Jawzjani avqustun 1-də AzadlıqRadiosu-na deyib ki, iyulun 31-də axşam Darzab rayonunda azı 200 yaraqlı təslim olub. Onun sözlərinə görə, ölkənin şimalında İŞİD-in əsas məkanı indi Talibanın əlindədir. Bir ay idi burada iki rəqib qruplaşma arasında döyüş gedirdi.

Darzabın polis rəisi Mohammad Ismail də İŞİD yaraqlılarının təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

İki rəqib qruplaşma arasında döyüşün iyulun 31-də başladığı, hələ də davam etdiyi bildirilir. Döyüşdə 8 talibançının və 6 İŞİD döyüşçüsünün öldürülməsi barədə məlumat var.

Ancaq nə Taliban, nə də İŞİD məlumata münasibət açıqlayıb.