Hüquq müdafiəçisi şərti azadlığa buraxılır

Vadim Kuramshin həyat yoldaşı Kateryna Kuramshina ilə

Qazaxıstanda tanınmış insan haqları fəalı Vadim Kuramshin şərti azadlığa buraxılıb. O, pul qoparmaq ittihamıyla 6 il yarım həbs cəzası çəkib. Tərəfdarları ittihamı siyasi motivli sayıblar.

Kuramshin-in vəkili Muratbek Irge AzadlıqRadiosu-na deyib ki, ölkənin şimal-şərqindəki Oskemen şəhərində məhkəmə onu şərti azadlığa buraxmağa razılaşıb. Məhkəmənin qərarı ləğv olunmasa, yaxud ondan şikayət veriməsə, 15 gündən sonra azadlıqda olacaq.

Kuramshin Qazaxıstanda cəzaçəkmə müəssisələrində məhbus hüquqlarının pozulmasıyla bağlı maarifləndirmə işi aparırdı.

2012-ci ildə pulqoparma ittihamıyla 12 illik həbsə məhkum edilib. Ancaq özü hansısa yanlışa yol vermədiyini deyir.

2013-cü ildə, həbsdə ikən Kuramshin nüfuzlu Ludovic-Trarieux beynəlxalq insan haqları mükafatına layiq görülüb.

Bu mükafat ilk dəfə 1985-ci ildə Cənubi Afrikadan Nelson Mandela-ya həbsdə olarkən verilib.