Birləşmiş Ştatlarda 3 ukraynalı saxlanıb

İllüstrativ foto

Birləşmiş Ştatlarda 100-dən artıq şirkətə haker hücumunda və milyonlarla müştəri barədə məlumatların oğurlanmasında suçlanan 3 ukraynalı saxlanıb.

Ədliyyə Departamentinin avqustun 1-də bildirməsinə görə, həmin şəxslər FIN7 haker qrupuna bağlıdırlar və ilin əvvəlində Avropada saxlanıblar.

Şübhəlilər – 33 yaşlı Fedir Hladyr, 44 yaşlı Dmytro Fedorov və 30 yaşlı Andriy Kolpakov yanvar-iyun aylarında həbs olunublar. Ədliyyə Departamenti onları “təkmil beynəlxalq cinayətkar qrup” olan FIN7-nin üzvləri olduğunu bildirir.

Məlumata görə, Hladyr Almaniyada, Fedorov Polşada, Kopakov İspaniyada saxlanıb. Hladyr-dən başqa digərləri Birləşmiş Ştatlara ekstradisiya olunmalarını gözləyir.

İndiyədək FIN7 qrupunun adı Whole Foods, Chipotle, Saks Fifth Avenue və Lord & Taylor şirkətlərinə haker hücumlarında hallanıb. Trend Micro kibertəhlükəsizlik qurumunun məlumatına görə, prezident Donald Trump-ın adına bağlı otellər də indiyədək bu qrupun haker hücumlarının qurbanı olub.