Bakıda külək, dağlıq rayonlarda yağış gözlənir

Yağış

Avqustun 3-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 24-26, gündüz 28-33, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacaq.

Avqustun 3-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti təxmin edilir.