Əfqanıstanda partlayışlarda azı 25 nəfər öldürülüb

Əfqanıstanda təhlükəsizlik qüvvələri, arxiv fotosu

Əfqanıstanın cənub-şərqində şiə məscidində intiharçı partlayışları törədilib, azı 25 nəfər öldürülüb. Yerli polis rəisinin deməsinə görə, iki intiharçı avqustun 3-də Xavaca Hassan məscidində partlayıcıları partladıb.

İntiharçıların burqaya büründüyü, əvvəlcə qapıdakı iki mühafizəçini öldürdüyü, daha sonra dindarlara atəş açdığı, partlayıcıları işə saldığı bildirilir.

Hücumda azı 40 nəfər yaralanıb.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. Ancaq əvvəllər oxşar hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qrupu götürüb.

İŞİD sünni qruplaşması Əfqanıstanda şiə azlığını “kafir” adlandırır, onlara tez-tez hücum edir.