Baş redaktorun prokurorluqda ifadəsi alınıb

E.Şükürlü

Bu gün, avqustun 3-də strateq.az saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.

Bu haqda jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, prokurorluğa çağırılmasına səbəb 2017-ci ildə rəhbərlik etdiyi saytda başqa informasiya resurslarına istinadla yayılmış bir yazı olub.

Jurnalist həmin yazı, onun yayıldığı resurslar haqda məlumat verməyib. Deyib ki, istintaq sirrini yaymamaq səbəbindən bunu edə bilməz. E.Şükürlü, eyni zamanda, sözügedən iş üzrə əvvəllər bir neçə baş redaktorun da prokurorluğa çağırıldığını və ifadələrinin alındığını qeyd edib.

E.Şükürlünün ifadəsini istintaq idarəsinin müstəntiqi Emil Murğuzov alıb.

Jurnalist hər hansı basqı ilə üzləşmədiyini bildirib.

Məsələyə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindən münasibət almaq mümkün olmayıb.