Belarusda 3 jurnalist saxlanıb

BelaPAN-da axtarış

Belarusda hakimiyyət iki müstəqil media orqanının ofisində reyd keçirib, üç jurnalisti saxlayıb. Həmin jurnalistlərin dövlət agentliyindən informasiyanı qanunsuz əldə etdikləri iddia olunur.

Belarusun ən böyük xəbər orqanı olan Tut.by avqustun 7-də səhər xəbər verib ki, Minsk polisi onlara reyd aparmaqla bağlı order təqdim edib. Oxşar reyd BelaPan-da da aparılıb. Bunların BelTA dövlət xəbər agentliyinin vebsaytındakı informasiyaya qanunsuz çıxışla bağlı aparılan təhqiqat çərçivəsində keçirildiyi bildirilir. BelTA Lukashenka-ya loyal məlumatlar yayır.

Belarus İstintaq Komitəsinin vebsaytında dərc olunmuş bəyanatda deyilir ki, Tut.by və BelaPan-ın ofislərindəki kompüterlərdən BelTA-nın ödənişli abunə bölümünə özlərinkindən fərqli hesab və parolla daxil olublar. Komitə BelTA-nın eksklüziv bölümünə 15 min qanunsuz girişlə bağlı cinayət işi açıldığını bildirib.

Adətən, ödənişli bölmədə təcili xəbər daha tez yayılır, 5-10 dəqiqə sonra isə hamıya açıq hissədə paylaşılır.

Sözügedən portalları təmsil edən üç jurnalist də saxlanıb.

Bu reyd və həbslər prezident Alyaksandr Lukashenka və hökumətinə tənqidi yanaşan mediaya basqın çərçivəsində son addımlardır.