Moskva bankının qara siyahıya salınmasını önləyiblər

Şimali Koreyada rəqqaslar, 27 iyul, 2018-ci il

Rusiyayla Çin Rusiya bankının və ofisi Moskvada olan Şimali Koreya bankının BMT-nin qara siyahısına salınmasına dair Birləşmiş Ştatların təklifini önləyib.

Rusiya və Çin avqustun 9-da ABŞ-ın xahişinə etirazlarını bildiriblər.

ABŞ BMT-nin sanksiya komitəsindən xahiş etmişdi ki, Agrosoyuz Kommersiya Bankının aktivlərini dondursun. Bu bankın Şimali Koreyaya BMT-nin maliyyə tranzaksiyalarından yayınmaqda kömək etdiyi iddia olunur.

Birləşmiş Ştatlar Şimali Koreyanın Moskvadakı Xarici Ticarət Bankının rəhbər müavini Ri Jong Won-a da sanksiya qoyulmasını tələb edib.

Rusiya etirazını ABŞ-ın təklifinin “yetərincə informasiyaya əsaslanmaması” ilə əlaqələndirib.

Birləşmiş Ştatlar Şimali Koreyaya sanksiyaların artırılmasını tələb edir. Rusiyayla Çin isə təklif edir ki, BMT-nin Təhlükəsizlik Şurası Pxenyanın atdığı barışdırıcı addımların əvəzində sanksiyaların yumşaldılmasını müzakirə etsin. Söhbət Şimali Koreyanın nüvə və ballistik raket sınaqlarını dayandırmasından gedir.

Birləşmiş Ştatlar və Təhlükəsizlik Şurasının ona müttəfiq üzvləri isə Pxenyan silah proqramlarını tamamilə dayandırmayanadək sanksiyalar qüvvədə qalsın.