BMT-nin Baş Assambleyası Michelle Bachelet-in təşkilatın insan haqları üzrə ali komissarlığına namizədliyini təsdiqləyib.
BMT-nin baş katibi Antonio Guterres bundan əvvəl-avqustun 8-də onun bu vəzifəyə namizədliyini irəli sürmüşdü.
Michelle Bachelet Çilinin keçmiş prezidentidir.
BMT-nin insan haqları üzrə ali komissarlığı 1993-cü ildə yaradılıb.
Hazırda ona Zeid Raad Al Hussein rəhbərlik edir.
Onun mandatı avqustun 31-də bitir.