Rusiyada müstəntiqlər 15 yaşlı oğlanın Kareliya regionunda 18-ci əsrə aid taxta kilsəyə od vurmaqda əli olmasından şübhələnirlər.
İstintaq Komitəsinin avqustun 13-də bildirməsinə görə, yeniyetmə saxlanıb və psixiatrik yoxlamadan keçəcək.
Kondopoqa şəhərindəki kilsə avqustun 10-da yanğında tamamilə dağılıb.
Mədəni irs abidəsi sayılan kilsə 1774-cü ildə tikilib.
42 metr hündürlükdə olan kilsə Rusiyada ən uca taxta kilsələrdən biri idi.