Valyuta satışı. Banklar 'limit yoxdur' deyir

Sizin brauzer HTML5-i dəstəkləmir

Dollar satışına limit qoyuldu. Manatı nə gözləyir?

Banklar bu gün, avqustun 14-də dollar və avro satışında məhdudiyyətlərin olmadığını bildirir.

Aparıcı banklar «Turan» agentliyinin sorğusuna cavab olaraq bildiriblər ki, valyuta satışına heç bir limit tətbiq etməyiblər.

«Xarici valyuta kassada olan nağd vəsaitin həcminə uyğun satılır», - banklardan bildiriblər.

Dünən, avqustun 13-də kommersiya banklarının valyuta satışına limit tətbiq etdiyi bildirilirdi. Limitin bir nəfərə 500 dollar və 2000 avro təşkil etdiyi deyilirdi.

Ekspertlər valyuta satışına limiti Rusiya və Türkiyədə milli valyutaların (rubl və lirə) məzənnəsinin kəskin enməsi ilə izah edirlər.

Bu gün, avqustun 14-də Azərbaycan Mərkəzi Bankı valyuta hərraclarında dolların məzənnəsini dəyişməyib və 1.7 manat səviyyəsində qalıb. Rəsmi məzənnə uzun müddətdir dəyişməz qalıb.

Son günlər kommersiya banklarında isə xarici valyutaların satış və alışında cüzi artım olduğu vurğulanır.

Kommersiya bankları dolları 1.6990-1.7005 manata alıb 1.7020-1.7030 manata satırlar.

Avqustun 14-də avronun məzənnəsi dəyişib. Məzənnə əvvəlki günə nisbətən 1.9330 manatdan 1.9383 manata yüksəlib.

Kommersiya bankları avronu 1.9133-1.9380 manata alır, 1.9450-1.9600 manata satırlar.