Manafort ifadə verməkdən imtina edir

Paul Manafort (solda) və Rick Gates

ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort məhkəməsində ifadə verməkdən imtina edib. Avqustun 14-də keçirilən prosesdə ona qarşı vergidən yayınma və bank dələduzluğu ittihamları üzrə arqumentlər səsləndiriblər.

Əlavə şahidlərin çağrılmaması qərarı o deməkdir ki, avqustun 15-də məhkəmədə yekun arqumentlər ortaya qoyulacaq.

Bu iş ABŞ-da xüsusi prokuror Robert Mueller-in “Rusiya istintaqı” çərçivəsində ilk məhkəmədir. Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlaqələrini araşdırır.

Manafort Ukraynada siyasətçilər üçün müşavirlik işinə görə əldə etdiyi milyonlarla dolları vergidən yayındırmaqda ittiham olunur. O, Ukraynada 2016-cı ildə Trump-ın seçki kampaniyası üçün çalışmazdan öncə işləyib.

Müdafiə tərəfi Manafortun maliyyə manevrlərinə görə onun keçmiş müavini Rick Gates-i ittiham edib, onu yalançı, Manafortun pullarını mənimsəyən kimi qələmə verib.

Məhkəmə iki saat qapalı keçiriləndən sonra Manafortun ifadə vermək istəmədiyi açıqlanıb.

Hökumət onun 16 milyon dolları vergidən yayındırdığını bildirir.