Talibançılar azı 30 əfqan təhlükəsizlik əməkdaşını öldürüb

Əfqanıstan, arxiv fotosu

Əfqanıstanın şimalındakı Bağlan vilayətində Taliban silahlı qruplaşmasının hücumu nəticəsində azı 30 əsgər və polis əməkdaşı öldürülüb.

Yerli rəsmilərin bildirməsinə görə, avqustun 14-də yaraqlılar iki yanaşı nəzarət məntəqəsinə od vurublar.

Talibanın sözçüsü Zabihullah Mujahid qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Son günlər Əfqanıstanın müxtəlif yerlərində təhlükəsizlik xidmətinin onlarla əməkdaşı qətlə yetirilib.

Qərbin dəstəklədiyi Kabil hökuməti Talibanı və digər silahlı qruplaşmalarla mübarizə aparır. NATO 2014-cü ildə bu ölkədəki qüvvələrinin böyük hissəsini çıxarıb.