Kabilin qərbində azı 25 nəfər öldürülüb

Arxiv fotosu

Əfqanıstan paytaxtı Kabilin qərb hissəsində, əsasən şiələrin yaşadığı ərazidə intiharçı partlayış törədib, azı 25 nəfər həlak olub.

Avqustun 15-də törədilmiş hücumun Kabilin Dasht-e Barcha regionundakı təhsil mərkəzinin qarşısında baş verdiyi bildirilir.

Daxili İşlər Nazirliyi partlayışı intiharçının törətdiyini, təcili yardım xidməti isə azı 12 nəfərin xəsarət aldığını bildirib.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.