Yarım ildə 23 min iş yeri bağlanıb, 64 min...

Sizin brauzer HTML5-i dəstəkləmir

Işsizlərə nə qədər müavinət verilsin? [Bakıda sorğu]

2018-ci il avqustun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 120.8 min nəfər olub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, onlardan 4 milyon 869.2 min nəfəri məşğul əhalidir.

Muzdla işləyənlərin sayının isə 1 milyon 546.2 min nəfər olduğu bildirilir.

«2018-ci ilin birinci yarım ili ərzində ölkədə 122.3 min yeni, o cümlədən 64.7 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 44.2 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 25 faizi Bakı şəhərinin, 1.1 faizi Naxçıvan Muxtar Respublikasının, 73.9 faizi regionların payına düşür», - DSK bildirir.

Qurum qapanan iş yerləri haqda da məlumat verir. Təkcə 2018-ci ilin birinci yarım ili ərzində ölkədə 22.6 min iş yerinin bağlandığı bildirilir. Bağlanmış iş yerlərinin 91.4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Azərbaycanda iş tapan xaricilər...

DSK Azərbaycanda iş yeri tapmış əcnəbi və vətəndaşlığı olmayanlar haqda rəsmi statistik göstəriciləri də açıqlayıb. Həmin məlumata görə, 2 min 334 nəfər əcnəbi və vətəndaşlığı olmayanlara Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaqdan ötrü iş icazələri verilib.

Azərbaycanda iş tapan xaricilərin 33.3 faizi tikintidə, 30.2 faizi mədənçıxarma sənayesində, 8.6 faizi emal sənayesində, 6.1 faizi turistlərin yerləşdirilməsi sahəsində çalışır.

Avqustun 1-dək Azərbaycanda rəsmi işsizlərin sayı isə cəmi 36.1 min nəfər olub. Onların 37.1 faizini qadınlar təşkil edir.

Həmin şəxslərin işsizlikdən sığortaya görə 273.9 manat müavinət aldığı bildirilir.

Bəzi ekspertlər hesab edir ki, Azərbaycanda rəsmi işsiz statusu almaq iş tapmaqdan daha çətindir.