Sərhədçilər Xəzərdə döyüş təlimi keçirib

Xəzərdə təlimlər

Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin Xəzər dənizində birgə taktiki döyüş təlimi başa çatıb.

«Taktiki döyüş təliminin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlanması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zərərsizləşdirilməsi olub», -DSX-nın məlumatında deyilir.

Təlimlərdə xidmətin sərhəd gözətçi gəmilərindən, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatlarından və helikopterlərdən istifadə edildiyi qeyd olunur.