ABŞ-da iki iranlı Tehran üçün casusluqda suçlanır

ABŞ-da iranlıların yürüşü, arxiv fotosu

Birləşmiş Ştatlarda iki iranlı Tehran üçün casusluqda ittiham olunur. Ədliyyə Departamenti onların yəhudi obyektləri və iranlı dissident qrupu barədə informasiya topladığı bildirilir.

38 yaşlı Ahmadreza Mohammadi-Doostdar ABŞ-İran vətəndaşı, 59 yaşlı Majid Ghorbani isə Kaliforniyada yaşayan iranlıdır. Onlara ittihamlar avqustun 20-də irəli sürülüb. Hər ikisi İran adından casusluqda ittiham olunur, avqustun 9-da həbs olunublar.

İttihamnaməyə görə, Doostdar 2017-ci ilin iyulunda İrandan Birləşmiş Ştatlara gedib, məqsədi İran hökumətinin düşmənləri sayılan qurumlar barədə kəşfiyyat məlumatı toplamaq olub. İsrail və yəhudi maraqları, Mujahedeen-e Khalq dissident qrupuna bağlı adamlar hədəflər sırasında olub.

Departament bildirir ki, Doostdar 2017-ci ilin iyulunda Çikaqoda pravoslav yəhudi Rohr Chabad Evini güdüb, fotolarını çəkib.

Ghorbani isə 2017-ci il sentyabrın 20-də Mujahedeen-e Khalq-ın Nyu Yorkda keçirdiyi yürüşə qatılıb, iştirakçıların fotolarını çəkib, sonradan fotoları Doostdar-a ötürüb və 2 min dollar alıb.

İran Mujahedeen-e Khalq-ı terror qrupu sayır, Tehran hökumətini devirmək istədiyini deyir. ABŞ Dövlət Departamenti 2012-ci ilədək bu qruplaşmanı terror təşkilatı siyahısına salmışdı.