ABŞ-la Çin tarifləri artırır

Pekində avtomobil sərgisi, aprel, 2018-ci il

Avqustun 23-də Birləşmiş Ştatlar və Çin bir-birinin məhsullarına qarşı tarifləri qaldırıblar. Çinin texnologiya siyasəti ucbatından yaranmış ticarət mübahisəsi daha da qızışmaqdadır.

Hər iki tərəf tarifləri 25 faiz artırıb. Bu arada tərəflərin elçiləri Vaşinqtonda ticarət mübahisəsi üzrə yüksək səviyyəli danışıqlar aparacaqlar.

Qarşılıqlı addımlar səngimir, amma Birləşmiş Ştatların Çinə qarşı şikayətlərinin həlli yönündə elə bir tədbir atılmayıb. Vaşinqtonun iddiasına görə, Çin şirkətləri texnologiya oğurlayır, Pekinin sənayenin inkişafı planları Çinin azad ticarətlə bağlı öhdəliklərini pozur.

Yeni tariflər hər tərəfdən 16 milyard dollarlıq məhsulu əhatələyir – Birləşmiş Ştatlardan avtomobilləri və metal tullantılarını, Çindən zavod texnikası və elektron məhsulların komponentlərini.

İyulun 6-da ABŞ prezidenti Donald Trump Çindən 34 milyard dollarlıq məhsula 25 faizlik tarif qoyub.

Çin də Birləşmiş Ştatlardan təxminən o qədər məhsula rüsumları yüksəldib.

Pekin Vaşinqtonun tarifləri artırmaqla Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğunu, məhkəmə iddiası qaldıracağını bildirir.