Şimal rayonlarında yağış gözlənir

Yağış

Avqustun 25-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir. Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da avqustun 25-də havanın, əsasən, yağmursuz keçəcəyi, lakin səhər saatlarında bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti təxmin edilir.