Gürcüstanda narkotikə görə 3 iranlı saxlanıb

İranda narkotiklə mübarizə aparan polis təlimdə, arxiv fotosu

Gürcüstan polisi qanunsuz narkotik maddə satmaqda şübhəli bilinən üç iranlını saxlayıb.

Daxili İşlər Nazirliyinin avqustun 26-da bildirməsinə görə, üç nəfər Qara Dəniz sahilindəki Anakliya liman şəhərində elektron musiqi festivalında saxlanıblar. Onların tədbirə gələnlərə qanunsuz olaraq narkotik maddə satdığı bildirilir.

Nazirlik iranlıların kimliyini açıqlamayıb, 20 yaşlarında olduqlarını deyib.

Təqsirləri sübuta yetirilsə, onları 11 ilədək həbs gözləyir.