Dərslər bəzi məktəblərdə sentyabrın 17-də başlayacaq

Məktəbli

Təhsil naziri Ceyhun Bayramov «2018-2019-cu tədris ilində Bilik gününün qeyd olunması və ilk dərs günləri haqqında» əmr imzalayıb. Bu barədə Təhsil Nazirliyinin avqustun 30-da yaydığı məlumatda bildirilir.

Əmrə əsasən, Bilik gününün 2018-ci il sentyabrın 15-də qeyd olunması nəzərdə tutulur.

Sentyabrın 15-i şənbə gününə təsadüf etdiyindən, sənəddə bəzi məqamlara da aydınlıq gətirilib.

Əmirdə vurğulanır ki, 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs günü sentyabrın 17-də olacaq. Amma 6-günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslər elə sentyabrın 15-də başlayacaq.

Xatırlatma

Bilik günü Azərbaycanda məktəblərdə dərslərin başladığı ilk gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Amma həmin tarixdən Azərbaycanın bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb, 15 gün gec, iyunun 15-də başa çatır.