Bakıda toz azalır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakını toz basıb. Video arxiv

Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin avqustun 31-də yaydığı məlumatda belə bildirilir.

Amma məlumatda vurğulanır ki, havada toz yenə də normadan iki dəfə çoxdur.

Nazirlik bildirir ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsi ilə Türkmənistandan toz dumanının daxil olmasıdır.

Avqustun 30-da Bakı səmasında tozun normadan təqribən 6 dəfə yuxarı olduğu açıqlanmışdı.