Konyada Azərbaycan-Türkiyə təlimləri başlayır

Bakıda hərbi parad

Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyinin bu gün, avqustun 31-də yaydığı məlumata görə, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti Konya şəhərinə gedib.

Səfərdə məqsəd sentyabrın 3-dən başlayacaq «TURAZ Şahini – 2018» birgə taktiki-uçuş təlimlərində iştirak etməkdir. Təlimlərin Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən həyata keçirildiyi bildirilir.

Müştərək təlimlər sentyabrın 14-dək davam etməlidir. Təlimlərdə Azərbaycan HHQ-nin 2 «MiQ-29» qırıcı və 3 ədəd «Su-25» hücum təyyarələrinin iştirakı nəzərdə tutulur.