Sibirdə vertolyot qəzasında 3 nəfər ölüb

Arxiv fotosu

Sibirdə Mi-8 vertolyotu qəza edib, 3 heyət üzvünün həlak olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Sibir filialı sentyabrın 3-də bildirib ki, ölənlərin cəsədi İrkutsk regionunda qəza yerində aşkarlanıb.

Vertolyot sentyabrın 2-də dispetçerlərin nəzarətindən itib.

Eyni gündə Əfqanıstanın Məzari Şərif şəhərində Mi-8 vertolyotu hərbi baza yaxınlığında qəzaya uğrayıb, azı 10 əfqan əsgəri, iki ukraynalı heyət üzvü həlak olub.

Avqustun 4-də isə Sibirin Krasnoyarsk regionunda daha bir Mi-8 vertolyotu qəza edib, 18 nəfər həlak olub.

Mi-8 Rusiyada və keçmiş Sovet ittifaqının digər yerlərində hərbi və dinc operatorlar tərəfindən istifadə olunur.

Balkanlardan tutmuş Əfqanıstanda qədər müxtəlif yerlərdə isə təhlükəsizlik əməliyyatlarına cəlb olunur.

Mi-8-lə bağlı daha öncəki qəzalara səbəb kimi nasazlıq, təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilib.