Rusiyada zavodda ölənlərin sayı 5-ə çatıb

Zavodda partlayış, 31 avqust, 2018-ci il

Rusiyada partlayıcılar hazırlanan zavodda ölənlərin sayı 5-ə çatıb.

Fövqəladə Hallar Nazirliyinin Nijni Novqorod filialının sentyabrın 3-də bildirməsinə görə, Sverdlov zavodunda itkin düşmüş iki fəhlənin cəsədləri aşkarlanıb.

Avqustun 31-də baş vermiş partlayış və yanğında zavod binalarından birinin divarı aşmışdı. Həmin gün üç nəfərin öldüyü, üçünün itkin düşdüyü bildirildi.

Bu zavod Rusiyanın Müdafiə Nazirliyi, mədən sənayesi, neft və təbii qaz əməliyyatları üçün partlayıcılar hazırlayır.

Sentyabrın 3-də verilmiş rəsmi məlumata görə, dörd nəfər xəstəxanadadır, bir qadın ağır vəziyyətdədir.