Orban deyir, ‘qohum’ ölkələrlə əlaqələr inkişaf etdiriləcək

(soldan) Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Macarıstanın baş naziri Viktor Orban, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Türkiyə prezidenti Recep Tayyip Erdogan və Azərbaycan prezidenti İlham Əliyev

Macarıstanın baş naziri Viktor Orban Qırğızıstanla və orta Asiyanın digər türkdilli ölkələri ilə daha sıx əlaqələr qurmağı vəd edir.

Orban sentyabrın 4-də Bişkekdə Qırğızıstan prezidenti Sooronbai Jeenbekov-la görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. O deyib ki, “Macarıstanın ilk baş naziri kimi Qırğızıstana səfər etmək şərəfdir”.

“Macarıstan öz mənşəyini xatırlayır. Avropa bizi ən şərqdə yerləşən qərbli sayır. Ancaq eyni zamanda bizə yad kimi baxırlar, çünki orada əcdadımız yoxdur. Macarıstan mədəni köklərini axtaracaq”, – deyən Orban Bişkek səfərinin “uğurlu” keçdiyini də sözlərinə əlavə edib.

Orban Jeenbekov-u Macarıstana dəvət edib, ölkəsinin Türkdilli Ölkələr Şurasına qəbulundan ötrü “əlindən gələni etdiyinə görə” təşəkkürünü bildirib.

Türk Şurası 2009-cu ilin oktyabrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən yaradılıb. Şuranın sammiti sentyabrın 3-də Qırğızıstanda keçirilib.