ABŞ səfiri Ermənistandakı araşdırmanı dəstəkləyir

Richard Mills

Birləşmiş Ştatlar 2008-ci ilin prezident seçkisindən sonra Ermənistanda baş vermiş zorakılığa görə kimin məsuliyyət daşımasının “hərtərəfli və ədalətli araşdırılması”nı istəyir. Bunu Birləşmiş Ştatların Ermənistandakı səfiri Richard Mills deyib.

Səfir sentyabrın 5-də Yerevanda biznes tədbiri çərçivəsində danışıb.

Hazırda Ermənistanda prokurorlar ölümlə nəticələnmiş həmin zorakı hadisələri araşdırdır. Bir neçə gün öncə isə Kreml bu istintaqı tənqid etmişdi.

Səkkiz etirazçı və iki polis əməkdaşının öldürüldüyü etirazlarla bağlı keçmiş prezident Robert Kocharian və bir neçə keçmiş rəsmiyə ittiham irəli sürülüb. Rusiya isə bu təqiblərin “siyasi motivli” olduğunu iddia etmişdi.

“Bizim mövqeyimiz belədir ki, 2008-ci ilin mart hadisələri hərtərəfli və ədalətli şəkildə araşdırılmalıdır. Bu təhqiqat hüququn aliliyi çərçivəsində aparılmalıdır”, – Mills AzadlıqRadiosu-nun erməni xidmətinin sualına cavabında deyib.