Koreya liderləri 3-cü sammiti keçirəcəklər

Dünənki görüşdən foto

Şimali və Cənubi Koreya liderləri üçüncü sammitdə görüşməyə razılaşıblar. Onlar Koreya yarımadasında gərginliyin azaldılması yollarını müzakirə edəcəklər.

Cənubi Koreya rəsmilərinin sentyabrın 6-da bildirməsinə görə, görüş sentyabrın 18-20-də Şimali Koreyanın paytaxtı Pxenyanda keçiriləcək.

Ötən gün Şimali Koreya lideri Kim Jong Un cənubdan gələn nümayəndə heyətilə görüşüb, qərar da həmin görüşdə verilib. Məlumata görə, Kim yarımadanın nüvəsizləşdirilməsinə çalışmaq öhdəliyini bir daha dilə gətirib.

O da bildirilir ki, Cənubi Koreyanın nümayəndə heyəti Kimə ABŞ prezidenti Donald Trump-ın məktubunu çatdırıb, həm də ondan Trump-a cavab məktubu alıb.