British Airways-ə haker hücumu olub

British Airways təyyarəsi

British Airways (BA) şirkəti irimiqyaslı haker hücumu nəticəsində 380 min müştərinin kredit kartları barədə informasiyanın oğurlandığını bildirir

Hava şirkətinin sentyabrın 7-də bildirməsinə görə, iki həftəyədək çəkən hücum zamanı səyahət, yaxud pasport informasiyasına ziyan dəyməyib.

Şirkət rəhbəri Alex Cruz informasiya sızıntısına görə üzr istəyib, bunun 20 il ərzində şirkətin təhlükəsizliyinin ən pis pozuntusu adlandırıb.

“Müştərilərimizin informasiyasının qorunmasına çox ciddi yanaşırıq”, – o deyib.

Haker hücumunun avqustun 21-dən sentyabrın 5-dək baş verdiyi bildirilir. Müştərilərə məsləhət görülür ki, hücuma məruz qalmalarından şübhələnirlərsə, kredit kartı provayderlərinə müraciət etsinlər, onların təlimatlarına əməl etsinlər.