Prezidentin korteji qəzaya uğrayıb

Prezident Igor Dodon

Moldovanın prezidenti İgor Dodon sentyabrın 9-da, avtomobil qəzasına düşüb, Bu haqda Moldova polisi məlumat yayıb, amma prezidentin səhhəti barədə detalları açıqlamayıb. Rusiyanın dövlət TASS agentliyi yazır ki, Dodon özü onlara səhhətinin yaxşı olduğunu deyib.

Polis bildirib ki, prezidentin kortejinin Kişinyovda necə qəzaya düşməsini araşdırır.