İsveçdə seçkidə sağçılar 3-cü yerə çıxıb

Isveç demokratlarının lideri Jimmie Akesson Stokholmda çıxış edir

İsveçdə bazar günü keçirilən parlament seçkisində “İsveç demokratları” sağçı partiyası 17 faizdən çox səs toplayıb. Bu, partiyanın tarixində ən yaxşı göstəricidir.

Səslərin böyük hissəsi sağ-mərkəzçi partiyaları alyansı (39,6 faiz) və sağçı qırmızı-yaşıl bloka (39,4 faiz) bərabər verilib. Sonuncu bloka sosial-demokratlar, Yaşıllar Partiyası və Solçu partiya daxildir.

“İsveç demokratları”nın qələbəsi hökumətin formalaşdırılmasını ciddi əngəlləyir. Belə ki, koalisiyalardan heç bir parlamentdə mütləq çoxluğu qazana bilməyib və sağçı populistlərlə də heç kəs koalisiya yaratmaq istəməyəcək.

“İsveç demokratları” özünün antiavropa mövqeyilə məşhurdur, miqrasiya siyasətinin kəskinləşməsinə tərəfdardır.

2015-ci ilin miqrasiya böhranı zamanı İsveç ölkəyə 150 mindən çox qaçqının gəlməsinə imkan verib. Bu, Avropa İttifaqı üzvləri arasında əhali sayına düşən ən böyük göstəricidir.