Çexiya da İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyi planlaşdırır

Milos Zeman

Çexiya da İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyi planlaşdırır.

France-Presse və agentliyi və İsrailin i24NEWS televiziya kanalının verdikləri məlumata görə belə bir qərar prezident Milos Zemanın baş nazir,parlamentin aşağı palatasının sədri,xarici və daxili işlər nazirləri ilə keçirdiyi birgə görüşdə qəbul edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdı və Ağ ev bunun ardınca Tel-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürdü.

İsrail bu addımı alqışlasa da qərar, fələstinlilər, həmçinin Vaşinqtonun tərəfdarları və rəqiblərinin tənqidi ilə qarşılandı.

Ağ evin bu addımı Fələstin muxtar ərazilərində yeni etirazlar və toqquşmalara səbəb oldu və regionda vəziyyət yenidən gərginləşdi.

Qeyd edək ki, İsraillə Fələstin muxtar əraziləri Qüdsü özlərinin paytaxtı hesab edirlər.