Bakı 15 Sentyabra hazırlaşır

Parad

Sentyabrın 15-də «Azadlıq» meydanında Bakının azad edilməsinin 100 illiyi münasibətilə parad keçiriləcəyi gözlənir.

«Turan» agentliyinin məlumatına görə, sentyabrın 13-də səhər saatlarında Heydər Əliyev Mərkəzinin yaxınlığında paradla bağlı süvari hərbçilərin növbəti məşq yürüşləri keçirilib.

Agentliyin xəbərinə görə, hərbi paradın «Azadlıq» meydanı və Neftçilər prospektində keçiriləcəyi gözlənir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, həmin ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Hərəkət başqa istiqamətlərə yönləndiriləcək.

Xatırlatma

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olub. Onlar şəhəri işğaldan (Sentrokaspi hakimiyyəti və daşnak silahli birləşmələrindən) azad ediblər.

Həmin il sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncə şəhərindən Bakıya köçürülüb.