Yağış və dolu gözlənir

Yağış

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

Sentyabrın 15-də Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi ehtimalı var. Gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.