Dolu gözlənir

Foto arxiv

Sentyabrın 17-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 18-22, gündüz 27-31 dərəcə isti proqnozlaşdırılır.
Ölkənin əksər bölgələrində də şimşək çaxacağı, yağış yağacağı gözlənir. Yağıntının ayrı-ayrı yerlərdə leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.
Gecə 14-22, gündüz 22-35, dağıarda gecə 8-13, gündüz 16-22 dərəcə isti təxmin edilir.