Tikintidə geriləmə

Tikinti

2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 50 milyard 521.9 milyon manata çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, illik müqayisədə ÜDM-nin artımı 0.7 faiz olub.

Əlavə dəyərin iqtisadiyyatın qeyri-neft sektorunda 0.9, neft sektorunda isə 0.4 faiz artdığı bildirilir.

Qeyd edilən dövrdə iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Yalnız tikinti sektoru istisnadır. Bu sektorda əlavə dəyər 17.3 faiz azalıb.

Əlavə dəyər ən çox turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində artıb – 8.3 faiz.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 min 153.1 manata bərabər olub.

Ötən 2017-ci ildə də Azərbaycanda ÜDM-in 1 faizə yaxın artdığı açıqlanmışdı. Ancaq bəzi ekspertlər ÜDM-də artımın olmasına şübhə edirlər.