Rusiyanın antidopinq agentliyi – RUSADA-ya qadağa qaldırılıb. Qurum Ümumdünya Antidopinq Agentliyinə (WADA) bərpa olunub. Agentliyin icraiyyə komitəsi RUSADA-nın xeyrinə səs verib.
Rusiya böyük dopinq qalmaqalından sonra qurumdan kənarlaşdırılmışdı. 2015-ci ildə WADA-nın açıqladığı hesabat Rusiya idmanında dövlətin dəstəyilə dopinqdən istifadə olunduğunu üzə çıxardı.
Amma Moskva dövlətin dopinq məsələsində əli olmasını dəfələrlə təkzib edib.
Tənqidçilər Rusiyanın qarşısında qoyulmuş hədəflərin yerinə yetirilmədiyini deyirlər.
WADA isə RUSADA-nın bərpasından ötrü ona tələblərin yüngülləşdirilməsi iddialarını rədd edib.