Kremlin namizədləri seçkini uduzur

Vladimir Sipyagin

Rusiyada qubernator seçkilərinin ikinci raundunda Kremlin iki namizədi məğlub olub.

Sentyabrın 23-də Xabarovsk diyarında seçki komissiyası elan edib ki, millətçi Liberal Demokratik Partiyadan (LDPR) deputat Sergei Furgal hakim Vahid Rusiya Partiyasından qubernator Vyacheslav Shport-u məğlub edib.

Vladimir regionunda isə LDPR-in namizədi Vladimir Sipyagin Vahid Rusiyadan hazırkı qubernator Svetlana Orlova-dan önə çıxıb.

Bu vilayətlərdə sentyabrın 9-da keçirilən seçkidə vəzifədə olan qubernatorlar qalib gəlmək üçün gərəkən səs faizini toplaya bilməmişdilər.

Sentyabrın 16-da Primorskidə seçkinin vahid Rusiyada qubernator Andrei Tarasenko-nun xeyrinə saxtalaşdırılması iddiaları etirazlar yaradıb, nəticələr ləğv olunub.

Sibirin Xakasiya regionunda da seçkinin ikinci turu olacaqdı. Amma indiki qubernator Viktor Zimin səhhətini əsas gətirərək sentyabrın 21-də seçki kampaniyasından geri çəkilib.