Paytaxtda güclü külək, rayonlarda leysan gözlənir

Yağış

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənir. Şimal küləyinin gündüz mülayim cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-21, gündüz 25-28, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da sentyabrın 25-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Gecə 16-21, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Nazirlik xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi proqnozlaşdırılır. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enə bilər.

Azərbaycanın rayonlarında da sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi gözlənir. Havanın temperaturunun da ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcəyi təxmin edilir.