Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfər edib.
Bu barədə bu gün, sentyabrın 25-də rəsmi AZƏRTAC agentliyi xəbər yayıb.
Bu səfər çərçivəsində Birinci vitse-prezident M.Əliyevanın bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.
Xatırlatma
2016-cı ilin sentyabrında Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilib. Həmin referendumda əsas dəyişikliklərdən biri də Azərbaycanda vitse-prezidentlik institutunun təsis olunması idi. Dəyişikliklər qəbul edildikdən az sonra, 2017-ci il fevralın 21-də dövlət başçısı İlham Əliyev öz xanımını, Heydər Əliyev Fondunun prezidenti, deputat M.Əliyevnı birinci vitse-prezident təyin edib.
Həmin vaxt bu təyinat müxalifətin tənqidləri ilə qarşılanmışdı.